Reytinq turniri: Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

09
iyn
2024
11:56
Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.
Yarışın son günündə Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) döşək üzərinə çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...
