"Reyncers" matçı üçün heyətə daxil edilməyən Saint-Maximindən SƏRT paylaşım

"Fənərbağça"nın UEFA Avropa Liqasında "Reyncers"lə səfər matçı öncəsi düşərgə heyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, zədəli olan Çağlar Söyüncü və zədəsi olmayan Allan Saint-Maximin siyahıda yer almayıb.
Heyətdə yer almayan Sen-Maksimin sosial media hesabında "Məni məhv etmək üçün bundan daha çox şey lazım olacaq. Yalan liftə minəndə, həqiqət pilləkənlərlə çıxır. Daha uzun çəkir, amma həmişə sonunda çatır. Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?" sözlərini yazıb.

Qeyd edək ki, UEFA Avropa Liqasında son 16 turun cavab oyununda "Fənərbağça" səfərdə "Reyncers"lə qarşılaşacaq.

Oxşar xəbərlər
İngiltərə Premyer Liqasını tərk edəcək son komanda bəlli oldu
İngiltərə Premyer Liqası (İPL) tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda finişə dörd tur qalmış müəyyənləşib. BAKU.WS Oxu.Az-a istinadən xəb...