Rəşad Əliyev 36 aylıq diskvalifikasiya olundu
01
apr
2025
13:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.
Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.
Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb. BAKU.WS xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin V...