Rəcəb Fərəczadə: "Azərbaycanın minifutbol yığması dünya çempionatına yaxşı səviyyədə hazırlaşmışdı"

Azərbaycanın yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatına istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşmışdı.
BAKU.WS xəbər verir ki, bunu "Report"a Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.
O, Elşad Quliyevin rəhbərlik etdiyi millinin çox güclü olduğunu bildirib:
"Azərbaycan yığması çox güclüdür, dünya çempionatına da yaxşı hazırlaşmışdılar. Hətta mart ayında ölkə çempionatı bitirdik ki, millinin lazımi səviyyədə hazırlıq keçməsinə şərait yaradaq. Elşad Quliyev komandasını istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşdırmışdı. Oyunçularımız fərdi şəkildə, birəbir mübarizələrdə çox güclüdür. Həmçinin digər komandalardan fərqli, klasları yüksəkdir. Bu kənardan da aşkar görünürdü. Rəqiblərdən Mavritaniya fiziki cəhətdən yaxşı oynayırdı, fərdi keyfiyyətləri də nisbətən yüksək idi. Qalan komponentlərdə komandamız bütün rəqiblərini üstələdi. Rumıniya və İngiltərə ilə oyunlar çətin oldu. Düzdür, bu oyunlarda da Azərbaycan yığması favorit idi. Sadəcə rəqiblər qapanmışdılar deyə qol vura bilmirdik. Bir də müəyyən mənada şansımız da gətirdi. Ümumilikdə Azərbaycan yığması hər birindən üstün oynadı".
R.Fərəczadə mundialda favorit göstərilən bəzi komandaların gözləntiləri doğrultmadığını da vurğulayıb:
"Serbiya, Rumıniya, Qazaxıstan, Çexiya yığmaları bütün mundiallarda çox yaxşı təsir bağışlayırdı. Yəqin ki, nəsil dəyişiklyi olub, ya nədirsə, bu dəfə istənilən səviyyədə oynamadılar. Favorit göstərilən komandalardan nə Rumıniyanın, nə də Serbiyanın oyunu qaneedici idi. Portuqaliyadan nəsə gözləyrdim, çünki futzala oxşar oyun göstərirdilər. Ancaq göründü ki, o qədər də yüksək səviyyədə deyillər".
Qeyd edək ki, Azərbaycan yığması minifutbol üzrə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...
