"Real" Arda Gülər üçün edilən təklifləri rədd etdi
Zədələrdən sonra meydanlara qayıdan "Real Madrid"in gənc ulduzu Arda Gülər üçün edilən transfer təklifləri ortaya çıxıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, növbəti mövsümdə futbolçunu icarəyə götürmək üçün 10-a yaxın təklif gəlib.
Təkliflərin hamısı Premyer Liqa, Bundesilqa, Serie A və La Liqadandır.
Arda Gülər komandadan ayrılmaq istəmir və Karlo Ançelotti onun gələn mövsüm komandada qalacağını açıqlayıb.
"Real Madrid" rəhbərliyi futbolçunu saxlamaq istəyir. Beləliklə, bütün təkliflər qeyd-şərtsiz rədd edilir.
Qeyd edək ki, Arda 10 liqa matçında 373 dəqiqə oynayıb və 6 qol vurub.
Oxşar xəbərlər
Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO
Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...