Rafael Ağayevin finalda uduzmasının səbəbi...

01
iyl
2019
09:55
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Rafael Ağayevin finalda ukraynalı Stanislav Horunaya uduzması gözlənilməz olub.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gümüş medalla kifayətlənməli olan 34 yaşlı millimizin lideri "Minsk-2019"da tam gücü ilə çıxış edə bilməyib.Belə ki, Rafael Ağayev bir ay əvvəl zədə alıb. Onun əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu səbəbdən "karatenin qara brilyantı" 25 gün heç bir idman hərəkəti etməyib. O, yalnız yarışa 4-5 gün qalmış məşq etmək gücündə olub.Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi "Minsk-2019"da mübarizəyə B qrupunda başlayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib - 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi finala vəsiqə uğrunda estoniyalı Pavel Artamonovu da mübarizədən kənarlaşdırıb. Finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzan Ağayev mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib.
Oxşar xəbərlər
Rafael Ağayev gümüş medal qazandı
Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.BAKU.WS-in məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı...
