Qurban Qurbanovun "Qarabağ"ın futbolçusunun ölkəsindən təklif aldığını təsdiqləyib

Qurban Qurbanovun Qarabağın futbolçusunun ölkəsindən təklif aldığını təsdiqləyib
İdman 41

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Braziliya klubundan futbolçu Pedro Bikalyo üçün təklif gəldiyini söyləyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında açıqlama verib.

O, Misli Premyer Liqasının XVI turunda "Qəbələ"ni məğlub etdikləri oyundan (2:1) sonra braziliyalı oyunçunun Ağdam təmsilçisindəki taleyi ilə bağlı danışıb:

"Bəli, ona təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki oyunçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".

Qeyd edək ki, "Botafoqo" klubu Pedro Bikalyo ilə maraqlanır.

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub. Qarşılaşma "köhlən atl...

25 İdman 17:53 21 dekabr 2025

Son xəbərlər