Qurban Qurbanov: Bu qalibiyyət azarkeşlərin haqqı idi
Yeniliklərdən dərhal xəbərdar olun
"İlk öncə azarkeşlərimizi təbrik edirəm. Bizə və futbolçulara inam azaldığı vaxtda stadionu boş qoymadılar".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntraxt" üzərində qələbədən sonra bildirib.
"Azarkeşləri stadionda görəndə futbolçular motivasiya oldular. Bu qalibiyyət sanki azarkeşlərin haqqı idi. Hər bir azarkeşə təşəkkür edir və futbolçularımı da təbrik edirəm.
Futbolçularım rəqibin adından qorxmadılar və sona kimi nizam-intizamı saxladılar. Həqiqətən böyük və möhtəşəm futbol oldu.
Belə bir uğur olmamışdı. Azərbaycan futbolunun ən böyük uğuru demək olar. Allaha şükrlər olsun ki, sonda bizə belə bir qalibiyyəti nəsib etdi",-deyə Q.Qurbanov əlavə edib.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...