"Qızıl top" mükafatının qalibi bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.
2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.
Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.
Oxşar xəbərlər
Zinəddin Zidan bu məşhur klubun yeni baş məşqçisi oldu
Fransanın PSJ klubunun yeni baş məşqçisi Zinəddin Zidan olacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Paris təmsilçisi 50 yaşlı mütəxəssislə anlaşıb. Tərə...