Zinəddin Zidan bu məşhur klubun yeni baş məşqçisi oldu

09
yan
2022
18:05
Fransanın PSJ klubunun yeni baş məşqçisi Zinəddin Zidan olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Paris təmsilçisi 50 yaşlı mütəxəssislə anlaşıb. Tərəflər artıq şəxsi müqavilə detallarında razılğa gəliblər.
Zidan cari mövsümün sonunda komandanın sükanı arxasına keçəcək. Fransalı mütəxəssis bu vəzifədə hazırkı baş məşqçi Maurisio Poçettinonu əvəzləyəcək.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından klubsuzdur. Onun son iş yeri İspaniya "Real Madrid"i olub.

Oxşar xəbərlər
Bir vaxtlar Azərbaycanda məşhur idilər, indi işsiz qalıblar - SİYAHI
Millidəki oyunları ilə bir vaxtlar məşhur olmuş, hazırda isə klubsuz qalmış futbolçularımız var. BAKU.WS Oxu.Az-a istinadən Azərbaycan səviyyəsində məşhur olub,...