“Qarabağ”la “Neftçi” Avropada gerilədi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın top komandalarının avqust ayı üçün son reytinqi açıqlanıb.
BAKU.WS-in "apasport.az"a istinadən məlumatına görə, cədvəldə 438 ən güclü klub yer alıb.
Siyahıda bir sıra dəyişikliklər baş verib. Azərbaycan reytinq siyahısında üç klubla təmsil olunub.
Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda oynayacaq “Qarabağ” ölkəmizin ən yaxşısıdır. Qurban Qurbanovun yetirmələri 204 xala malikdir.
Çempionlar Liqası ilə vidalaşaraq Avropa Liqasına düşən Ağdam klubu 79-cu yerdə qərarlaşıb. Azərbaycan çempionu ötən cədvəllə müqayisədə 4 addım geriləyib.
“Neftçi” 33 xalla qitədə 218-ci pilləyə enib. Təmsilçimiz üç addım geri düşüb. “Qəbələ” 5 xala 389-cüdür. Bölgə təmsilçisi 12 pillə geriləyib.
Qeyd edək ki, siyahıya 2269 xala malik “Real” başçılıq edir.
Oxşar xəbərlər
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Macarıstan irəliləyib
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar L...