FIDE reytinqi: Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. 2753 xalı olan Teymur Rəcəbov isə 1 pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb.
Qədir Hüseynov (2661) 4, Rauf Məmmədov (2 656) isə 3 pillə geriləyib. Onlar müvafiq olaraq,76-cı və 83-cü sırada yer alıblar.
Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) bir sıra geriləyərək 26-cı, Gülnar Məmmədova (2 387) 2 sıra irəliləyərək 62-cü, Xanım Balacayeva isə (2 376) 6 pilləlik sıçrayışla71-ci yerdədir.
Oxşar xəbərlər
FIDE reytinqi: Məmmədyarov ilk "onluğ"a qayıtdı, Rəcəbov gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi...
