“Qarabağ”ın futbolçusu medalını şəhid məzarından asdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayev anlamlı jesti ilə diqqət çəkib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçisi cari mövsüm başa çatdıqdan sonra Vətən müharibəsində şəhid olan klub azarkeşi, əsgər Məhəmmədəli İbrahimlinin məzarını ziyarət edib.
Futbolçu başa çatan mövsümdə qazandığı gümüş medalı şəhidimizə həsr edərək, onu M.İbrahimlinin məzarından asıb.
Qara Qarayev eyni zamanda Vətən müharibəsində şəhid olan, xüsusi təyinatlı kəşfiyyat qrupunda baş kəşfiyyatçı kimi xidmət etmiş, vaxtilə futbolla da məşğul olmuş İsrail Cəfərzadənin də məzarını ziyarət edib.
Qalereya
Oxşar xəbərlər
Şəhid olmuş idmançılarımızın adları açıqlandı - SİYAHI
Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiy...