"Qarabağ" "Ayaks"la oyunda yenidən hesabda önə keçib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib
***22:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.
***22:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.
BAKU.WS-in məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
***22:26
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.
BAKU.WS-in məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.
Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.
***22:36
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" oyununda hesab açılıb.
BAKU.WS-in məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb
***21:55
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda turunda "Qarabağ" və "Ayaks" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi FİFA referisi Rade Obrenoviçdir. Ona Yuri Praprotnik və Qreqa Kordez kömək edirlər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirir.
Video köməkçi sistemində (VAR) Matej Juqa, onun assistenti (AVAR) kimi isə Alen Borosaka çalışır.
Oxşar xəbərlər
"Qarabağ" və "Ayaks" komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Ayaks" kollektivlərinin start heyətləri bəlli olub. BAKU.WS-in m...