"Qarabağ" üçün həlledici oyun - "Ayaks"dan 3 xal almaq mümkün olacaq?

Qarabağ üçün həlledici oyun - Ayaksdan 3 xal almaq mümkün olacaq?
İdman 89

"Qarabağ" dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov stadionunda Avropanın ən köklü klublarından biri olan "Ayaks"ı qəbul edəcək.

BAKU.WS-in məlumatına görə, rəqibin ümumi bazar dəyəri 175 milyon avrodur və bu göstərici onu Azərbaycan çempionunun qarşısında ciddi maliyyə və idman gücünə sahib komanda kimi göstərir.

"Ayaks"ın heyətində 28 futbolçu yer alır, onların orta yaşı 24,7-dir və 10 nəfəri milli komandaların üzvüdür.

Azərbaycan təmsilçisinin diqqətli olması gərəkən futbolçular sırasında bir neçə əsas ad seçilir. Komandanın ən bahalı oyunçusu 23 milyon avro dəyərində qiymətləndirilən mərkəz yarımmüdafiəçisi Kennet Taylordur. Müdafiənin lideri kimi isə 17 milyon avroluq Josip Sutalo çıxış edir. Hər iki futbolçu zəddəli olduğu üçün matçı buraxacağı açıqlanıb.

Sol cinahda oynayan 15 milyon avro dəyərində Mika Godts sürəti və driblinqi ilə diqqət çəkir. Hücuma meylli yarımmüdafiəçi Oscar Gloukh isə 18 milyon avro dəyəri ilə oyunun tempini dəyişə bilən əsas fiqurlardandır. Mərkəz hücumçusu Kasper Dolberg isə 12 milyon avro dəyəri ilə rəqibin qapı qarşısında ən real təhdid yaradan futbolçularından biridir.

"Ayaks"ın təhlükəsi təkcə fərdi futbolçularla məhdudlaşmır. Komanda sürətli cinah hücumları qurmaqda, yarımmüdafiə ilə oyuna dominantlıq etməkdə və təcrübəli hücumçuları ilə rəqib müdafiəsini təzyiq altında saxlamaqda güclüdür. Müdafiə xəttindəki gənc və aqressiv oyunçular da rəqibin presinq gücünü artırır.

Bütün bunlara baxmayaraq, "Qarabağ"ın son illərdə topladığı avrokubok təcrübəsi və Bakıdakı güclü azarkeş dəstəyi matçı daha maraqlı və gərgin edir. Digər tərəfdən nəzərə alamaq lazımır ki, "Ayaks" bu mövsüm uğursuz çıxış edir və xalq qzanmaqda çətinlik çəkir. Qeyri-stabil oyun göstərən Niderland təmsilçisinin Bakıda xal itirəcəyi heç də faciə olmayacaq. Üstəlik "Qarabağ"ın rəqibinə qalib gəlmək şansları da böyük qiymətləndirilir.

Son xəbərlər