"Qarabağ" "Tvente"yə ilk görüşdə qalib gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente"ni məğlub edib.
Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
"Köhlən atlar" bu gün eyni komanda ilə daha bir oyun keçirəcək.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə 4:5 hesabı ilə uduzub, Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyiblər.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...