"Qarabağ" "Siqma"ya məğlub olub

Qarabağ Siqmaya məğlub olub
İdman 669

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün 3-cü yoxlama oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Azərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.

Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən “Qarabağ” “Akademika Kilinçeni” (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, “Jetısu”ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu “Visla” (Plotsk) ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Qarabağ" "Jetisu"yu məğlub edib

"Qarabağ" "Jetisu"yu məğlub edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib. BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi...

547 İdman 21:33 22 yanvar 2020

Son xəbərlər