"Qarabağ" "Neftçi"nin rekorduna şərik olub
"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb.
BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunda mümkün olub.
"Qarabağ" 21-ci, "Zirə" 6-cı, "Sabah"la "Turan Tovuz" 2-ci dəfə 1/4 final səddini adlayıb.
"Şamaxı" ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) "Qarabağ" Azərbaycan Kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən "Neftçi"yə çatıb.
İki matçın yekununda (0:0, 2:0) "Sumqayıt"ı üstələyən "Zirə" isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa, "Şamaxı" (12), "Qəbələ" (11), "Bakı" və "Xəzər Lənkəran" (hərəsi 8) da bunu bacarıb.
"Turan Tovuz" "Kəpəz"i (1:0, 2:0), "Sabah" "Qəbələ"ni (0:0, 3:3; p. - 4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.
Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.
Oxşar xəbərlər
Leandro Andrade "Qarabağ"ın heyətində 200-cü oyununa çıxıb
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade komandanın heyətində yubiley oyununa çıxıb. BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, portuqaliyalı...