"Qarabağ"ın rəqibi "Malmö" - İbrahimoviçi dünya futboluna bəxş edən klub
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubu ilə qarşılaşacaq. "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turunda "Tottenhem"ə məğlub olan Ağdam təmsilçisi ev oyununda 3 xalq qazanmağa çalışacaq.
BAKU.WS-in məlumatına görə, "Qarabağ"ın budəfəki rəqibi İsveçin adlı-sanlı klublarından biridir.
"Malmö" klubunun ümumi dəyəri 37,30 milyn avrodur. Klubun ən bahalı oyunçusu isə 4 milyon avroluq Huqo Bolindir. Eyni zamanda İsveç təmsilçisində transfer dəyəri 2-3,5 milyon avro olan digər futbolçular da var. Klubun Almaniyanın nüfuzlu "Transfermarket" portalında ümumi dəyəri 37 milyon avrodur. "Malmö" 22 qat İsveç çempionudur. Klub dünya futboluna Zlatan İbrahimoviç, Martin Dalin və Patrik Anderson kimi futbolçular bəxş edib. "Malmö" 1978-79-cü il mövsümü Çempionlar Liqası turnirində ikinci olub.
Qeyd edək ki, "Qarabağ" ötən il İsveç təmsilçisi "Hekken"lə qarşılaşmalarda 2:1 və 0-1 hesabları ilə qalib gəlməyi bacarıb. Bundan əvvəl isə 2016-2017-ci il mövsümündə "Höteborq" klubu ilə qarşılaşıb. Səfərdə 0_1 məğlub olmasına baxmayaraq, ev oyununda 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
"Malmö" klubu Ağdam təmsilçisi ilə qarşılamdan əvvəl UEFA Avro Liqasında ilk matçında "Reycers"ə 0:2 hesabı ilə məğlub olub. Sentyabrın 29-da İsveç milli çempionatında keçirdiyi qarşılaşmada "Melbyu"ya 2:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" klubunun İsveç klubları ilə keçirdiyi oyunların statistikası və Avropa Liqasında göstərdiyi oyun onu göstərir ki, Ağdam təmsilçisi "Malmö" ilə qarşılaşmada qələbə qazanacaq.
Məlumat üçün bildirək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...