"Qarabağ"ın baş məşqçisi: "Elvin bu gün ən intizamlı oyununu göstərdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Son vaxtlar Elvini çox sıxırdım, danlayırdım".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bu gün Elvin ən intizamlı oyununu nümayiş etdirdi:
"Qoldan sonra Elvin Cəfərquliyevin mənə nə dediyini eşitmədim. Yəqin, nəsə pıçıldayıb. Bu gün bəlkə də ən intizamlı oyununu oynadı. Təcrübəli futbolçu kimi gördüm onu. Hücuma cəsarətlə çıxır, hər hücumda iştirak edir. Demişdim ki, gücünü düzgün bölüşdürsün. Bu gün də cinah oyunçularının üzərinə böyük iş düşürdü".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...