"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletləri satışa çıxarıldı
16
yan
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.
Bu barədə BAKU.WS-ə klubdan məlumat verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyunda Lixtenşteyni məğlub edib
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. BAKU.WS xəbər verir ki Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfə...