"Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib

Qarabağ Ayaksla oyundan əvvəl azarkeşlərə müraciət edib
İdman 83

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi matçdan əvvəl azarkeşlərə müraciət edib.

BAKU.WS xəbər verir ki, klub sosial şəbəkə hesabında matçı izləmək üçün azarkeşləri stadiona erkən gəlməyə çağırıb.

Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Son xəbərlər