“Qarabağ” – “Roma” matçının 42 min bileti satılıb

“Qarabağ” – “Roma” matçının 42 min bileti satılıb
İdman 1484
““Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 42 000-ə çatıb”.BAKU.WS-in məlumatına görə, bunu Modern.az-a açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.“Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletlərlə bağlı indiyə kimi hansısa şikayətlər daxil olmayıb, buna əsas da yoxdur. Artıq yaxın məntəqələrdə, onlayn satışda insanlar öz istədikləri yerlərə rahatlıqla bilet ala bilərlər. Əvvəllər insanların istədikləri yerlər ilə bağlı müəyyən narazılıqlar olurdu. Bu da normaldır”.Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.Biletlərin qiymətləri:VIP – 50 AZNKateqoriya 1 – 20 AZNKateqoriya 2 – 10 AZNKateqoriya 3 – 5 AZNKateqoriya 4 – 2 AZNSatış məntəqələri:Asan Xidmət MərkəzləriHeydər Əliyev Sarayının kassası28 MallGənclik MallPark Bulvar (Qarabağ FK Fanshop)M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" - "Roma": 40 000 bilet satılıb

"Qarabağ" - "Roma": 40 000 bilet satılıb

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. BAKU.WS-in məlumatına görə, bu günə o...

1749 İdman 10:55 17 sentyabr 2017

Son xəbərlər