"Qarabağ" - "Roma" matçından öncə böyük təhlükə

Qarabağ - Roma matçından öncə böyük təhlükə
İdman 21812
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci matçında “Roma”nı qəbul edəcək.BAKU.WS Yenicag.az-a istinadla xəbər verir ki, qarşılaşmanın satışa buraxılan bütün biletləri tükənsə də, matçın keçiriləcəyi Bakı Olimpiya Stadionu dolmaya bilər. Buna səbəb onlayn bilet alanların vauçerlərinin əllərində qalmasıdır. Əldə etdiyimiz məlumata görə, oyunun başlamasına təxminən 4 saat qalsa da, hələ də 20 min azarkeş biletlərini kassalardan ala bilməyiblər.Problemə səbəb kassalarda işləyən şəxslərin azlığı və ləng tərpənməsidir. Belə ki, bir nəfərin yola salınması üçün təxminən 10-15 dəqiqə vaxt sərf olunur ki, bu da uzun növbələrin yaranmasına gətirib çıxarır.BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" "Roma"yla matça belə hazırlaşdı (VİDEO)

"Qarabağ" "Roma"yla matça belə hazırlaşdı (VİDEO)

"Qarabağ"ımız Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda "Roma"nı qəbul edəcək. BAKU.WS-in məlumatına görə, ko...

1270 İdman 10:25 27 sentyabr 2017

Son xəbərlər