“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub
18
okt
2017
23:49
Azərbaycan futbol tarixində ilk qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə də ilkə “Qarabağ” imza atıb.Ağdam klubu Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun yetirmələri buna “Atletiko” ilə III turun oyununda imza atıb. Qolsuz bərabərlik turnirin əsas raundunda ağdamlıların xanasına ilk xalı yazdırıb.Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklardakı ən önəmli ilk xal qazandığı matçlar sırasına düşüb. Söhbət ilk qələbələr, ilk qollar deyil, yalnız ilk xallardan gedir.Maraqlıdı ki, 4 ən dəyərli “siftə”nin hamısı 0:0 hesabı ilə başa çatıb. Bunlardan ikisi “Neftçi”, biri “Kəpəz”, biri “Qarabağ”ın hesabındadı.Avrokuboklarda ilk xal24 avqust 1995. “Neftçi” - APOEL (Kipr) - 0:0 (Kuboklar Kuboku)Çempionlar Liqasında ilk xal24 avqust 1999. “Neftçi” - APOEL (Kipr) - 0:0Qrupda ilk xal20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0 (Avropa Liqası)Çempionlar Liqasında qrupda ilk xal18 oktyabr 2017. “Qarabağ” – “Atletiko” (İspaniya) – 0:0BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasında rəqiblərini geridə qoydu - REKORD GÖSTƏRİCİ
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən matçlarda hansı klubu nə qədər azarkeşin stadiondan dəstəklədiyi məlum olub. BAKU.WS-in məlumatı...