"Qarabağ" Çempionlar Liqasında rəqiblərini geridə qoydu - REKORD GÖSTƏRİCİ
28
sen
2017
12:56
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən matçlarda hansı klubu nə qədər azarkeşin stadiondan dəstəklədiyi məlum olub. BAKU.WS-in məlumatına görə, müxtəlif şəhərlərdə baş tutan 16 qarşılaşma arasında ən çox azarkeş sayı Bakı Olimpiya Stadionunda qeydə alınıb. "Qarabağ" klubunu "Roma" ilə matçda 67min 200 azarkeş dəstəkləyib. Təmsilçimiz Çempionlar Liqasında bir daha tarixə keçib. Ötən gün Avropanın ən nüfuzlu futbol arenasında ilk qolunu vuran "Qarabağ", azarkeş sayına görə də diqqət çəkib. Digər oyunlarda azarkeşlərin sayını təqdim edirik: PSJ - "Bavariya": 46,252"Atletiko Madrid" - "Çelsi": 60,643"Yuventus" - "Olimpiakos": 33,460 "Sportinq Lissabon" - "Barselona" : 48,575"Anderlext" - "Seltik": 19,898"ÇSKA" - "Mançestr Yunayted": 29,073"Qarabağ" - "Roma": 67,200"Bazel" - "Benfika": 34 111"Apoel" - "Tottenxem": 16,324"Beşiktaş" - "Leipziq": 36,641"Dortmund" - "Real Madrid": 65,849"Mançestr Siti" - "Şaxtyor": 45,310"Monako" - "Porto": 11,703"Napoli" - "Feyenord": 22,577"Sevilya" - "Maribor": 34,705"Spartak Moskva" - "Liverpul": 43,376ŞahinBAKU.WS
Oxşar xəbərlər
"Qarabağın" Çempionlar Liqasında İLK QOLU - VİDEO
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Klubun yarımmüdafiəçisi Pedro Enrike ÇL-in qrup mərhələsinin ikinci turunda “Roma” ilə hazırd...