"Qalatasaray" çempion oldu, Bakıda insanlar küçələrə axışdı (VİDEO)
20
may
2018
10:29
Ötən gün futbol üzrə Türkiyə Super Liqasında 2017-18-ci il mövsümünün qalibi müəyyənləşib. BAKU.WS-in məlumatına görə, İstanbulun "Qalatasaray" klubu səfərdə "Göztəpə"ni 1:0 hesabı ilə məğlub etməklə tarixində 21-ci çempionluğunu rəsmiləşdirib. "Fənərbaxça" da son turu qələbə ilə başa vursa da bu yalnız vitse-çempionluq üçün yetərli olub. İstanbulun "Başaksehir" klubu 3-cü, "Beşiktaş" kollektivi isə dürdüncülüklə kifayətlənib. Oyun başa çatdıqdan sonra "Qalasaray" azarkeşləri Türkiyənin Bakıdakı səfirliyinin qarşısına toplaşaraq qələbəni çoşqu ilə qeyd ediblər. BAKU.WS
Oxşar xəbərlər
"Beşiktaş" Çempionlar Liqasının 1/8 finalında
Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib.BAKU.WS-in məlumatına görə, "G" qrupunda "Vodafone Park" stadionunda Tü...