"Qalatasaray" Braziliya yığmasının futbolçusunu alır (VİDEO)
Türkiyənin "Qalatasaray" klubu daha bir transfer etmək niyyətindədir.
BAKU.WS-in məlumatına görə, İstanbul təmsilçisi Ryan Donk və Martin Linnes kimi futbolçuları heyətinə qatdıqdan sonra bu dəfə gözünü Leandro Damiaoya dikib.
Uzun müddətdir 26 yaşındakı hücumçu ilə təmasda olan klub rəsmiləri baş məşqçi Mustafa Dənizliyə gözlənilən müjdəni verib. Damiaonun bir neçə gün ərzində İstanbula gələrək rəsmi müqaviləni imzalayacağıı gözlənilir.
Braziliyanın "Santos" klubu ilə məhkəməlik olan futbolçu "CimBom"un təklifinə müsbət cavab verib. "Santos"un maliyyə problemləri səbəbindən futbolçuya maaşını ödəməməsi nəticəsində Damiao haqqını məhkəmə yolu ilə tələb edib. Məhkəmə prosesinin uzanması səbəbiylə bu transferin gecikdiyi bildirilir.
Damiao ilə aparılan danışıqlarda 2 milyon avroluq ödənişlə bağlı razılıq əldə olunub. 1,87 sm. hündürlüyündə futbolçunun "Qalatasaray"a transferində klubun qapıçı məşqçisi Taffarelin rolu böyük olub.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Muarem Muarem "Eskişehirspor"la yollarını ayırır
Türkiyənin köklü klublarından "Eskişehirspor" bir neçə futbolçusu ilə yollarını ayırır. BAKU.WS-in məlumatına görə, klub yunan əsilli futbolçu Teofanis Gekası...