"Qarabağ" "Sabah"la heç-heçə edib
"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.
XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.
Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i iki cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.
***18:10
Misli Premyer Liqasının XVI turunda növbəti oyun başlayıb.
"Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı qəbul edir:
Oxşar xəbərlər
"Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü
İngiltərə Premyer Liqasının V turunda məhsuldar qarşılaşma baş tutub. "Mançester Siti" doğma meydanda "Sanderlend"i 5:3 hesabı ilə məğlub edib, "Liverpul" isə s...