Polşa millisinin sabiq futbolçusu: "Mahir Emrelinin özünəinamı azalıb"
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə "Super Express" nəşrinə müsahibəsində deyib.
Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı qola çevirmək lazımdır: "Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Bundan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız".
Qeyd edək ki, Marek Yujvyak 1987-1996 və 2001-2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.
Oxşar xəbərlər
"Legiya"da Mahir Emreli ilə bağlı qalmaqal: Yatıb qaldığı üçün iclasa gecikdi
Polşa mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə "Legiya"nın sabiq baş məşqçisi Çeslav Mixneviç arasındakı narazılığın detallarını açıqlayıb. BA...