Polşalı futbolçu: "Mahir Emreli hücumda "Legiya"ya çox fayda verir"
"Son vaxtlar "Legiya"nın heyətində məni yaxşı mənada ən çox təəccübləndirən futbolçu Mahir Emrelidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Yanuş Qol Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Varşava təmsilçisinin heyətindəki çıxışı barədə "legia.net" saytına açıqlamasında deyib.
Hazırda Rumıniyanın "Dinamo" (Buxarest) komandasında çıxış edən 36 yaşlı yarımmüdafiəçi 24 yaşlı forvard haqqında yüksək fikirlər səsləndirib: "Emreli topla yaxşı rəftar edir və hücumda komandaya çox fayda verir. Həmçinin Lukinyas və Rafael Lopesi də unutmaq olmaz. Onlar cinahlarda yaxşı işləyirlər".
Qeyd edək ki, Yanuş Qol 2011 - 2013-cü illərdə "Legiya"nın formasını geyinib.
Oxşar xəbərlər
“Mahir Emreli Polşada çox qalmayacaq” – İDDİA
Polşa mətbuatı yay fasiləsində "Ekstraklasa"ya (Polşa çempionatı) keçən futbolçuların çıxışını dəyərləndirib. BAKU.WS "Apasport"a istinadən xəbər verir ki, yerl...