Çempionlar Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 3 matç keçirilib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"nun qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı meydan sahiblərindən Bruno Petkoviç 60-cı dəqiqədə açıb. 77-ci dəqiqədə "Dinamo"nun köməkçi-məşqçisi Alen Peternats qırmızı vərəqə alaraq, meydandan qovulub. 82-ci dəqiqədə isə Ernest Muçi bərabərlik qolunu vurub.
Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib.
Portuqaliya "Benfika"sı Rusiyanın paytaxtı Moskvada keçirilmiş görüşdə "Spartak"a, "Ferentsvaroş" isə Macarıstanda oynanılmış qarşılaşmada Çexiyanın "Slaviya" (Praqa) klubuna eyni hesabla qalib gəlib - 2:0.
4 avqust
Çempionlar Liqası, ilk oyunlar
21:00. "Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Rafa Silva, 51. Jilbertu, 74
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Polşa) - 1:1
Qol: Bruno Petkoviç, 60 - Ernest Muçi, 82
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya) - 2:0
Qollar: David Zima, 44 (öz qapısına). İqor Xaratin, 50 (pen.)
Qeyd edək ki, ilk oyun günündə 7 görüş keçirilib. Cavab qarşılaşmaları avqustun 10-da olacaq.
Oxşar xəbərlər
Emrelinin komandası mərhələ adladı, "Neftçi"nin potensial rəqibi dəqiqləşdi
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb. BAKU.WS "Rep...