Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb - YENİLƏNİB 2

Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb - YENİLƏNİB 2
İdman 79

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə üç lent və iki topla bacarıqlarını göstərib.

Yığma 28.150 xala layiq görülüb. Milli halqalarla hərəkətlərdə 33.850 xal toplamışdı.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.

Yığma 33.850 xala layiq görülüb. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər