Osayi-Samuel "Qalatasaray"ın çempionluq sevincini izləyib
Türkiyə Super Liqasında 25-ci çempionluğunu qeyd edən "Qalatasaray"ın bayram tədbirləri davam etdiyi vaxt maraqlı bir hadisə yaşanıb.
BAKU.WS haberler-ə istinadən xəbər verir ki, "Fənərbağça"nın futbolçusu Bright Osayi-Samuel "Qalatasaray"lı ulduz Victor Osimhenin canlı yayıma qoşularaq rəqib komandanın çempionluq sevincini izləyib.
Qeyd edək ki, nigeriyalı futbolçu Victor Osimhen üstü açıq avtobusda komanda ilə birlikdə şəhər turu zamanı sosial media hesabında canlı yayım açıb. Məhz bu zaman onun həmyerlisi, "Fənərbağça"nın oyunçusu Osayi-Samuel də yayıma daxil olub və uzun müddət canlı yayımı izləyib.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Oxşar xəbərlər
Bakı sakinləri "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı şanslarını dəyərləndirdilər
UEFA Çempionlar Liqasında iştirak edən Azərbaycan çempionu "Qarabağ" yanvarın 21-də Almaniyanın "Ayntraxt Frankfurt" klubunu qəbul edəcək. Baku TV paytaxt sakin...