Növbəti El Klassikonun AFİŞASI
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya La Liqasının 11-ci turunda növbəti El klassiko baş tutacaq.
BAKU.WS xəbər verir ki, "Real Madrid" - "Barselona" arasında görüş oktyabrın 26-sı, şənbə günü keçiriləcək.
Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son məlumata görə, İspaniya çempionatına "Barselona" başçılıq edir. Belə ki, "Barsa" 10 oyundan 27 xal toplayıb. "Real" ikinci pillədə qərarlaşıb (24 xal). İspaniyanın hazırkı çempionu "Real Madriddir". Los Blancos ötən mövsüm 38 matçdan 95 xal toplayıb, ikinci yerdə qərarlaşan "Barselona"nı 10 xal qabaqlayıb.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...