"Neftçi"nin qapıçısı Emil Balayev: "Meydana çıxan hər oyunçu futbol fəlsəfəmizi bilir"
"Neftçi"nin meydana çıxan hər oyunçusu necə futbol fəlsəfələrinin olduğunu bilir.
BAKU.WS xəbər verir ki, bu barədə "ağ-qaralar"ın qapıçısı Emil Balayev klubun rəsmi televiziyasına açıqlamasında bildirib.
32 yaşlı qolkiper "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyundan sonra fikirlərini bölüşüb:
"Çox sevinirəm. Uzun müddətdir ki, "Qarabağ"a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq. Məşqçilər heyətinə, "Neftçi" ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım. Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır".
E.Balayev aprelin 26-da "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:
"Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik".
Xatırladaq ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
DÇ-2026 həyəcanı davam edir: İngiltərə Konqoya, Belçika Seneqala qarşı
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin qarşılaşmaları davam edir. BAKU.WS xəbər verir ki, bu gün keçiriləcək dördüncü oyun günündə azarkeşləri...