"Neftçi" klubu 2500 manat cərimələnib
06
noy
2025
11:59
AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib.
BAKU.WS xəbər verir ki, buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.
"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb.
Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.
"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb. 38 kq çəki dərəcəsində ç...