"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
22
iyl
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır.
BAKU.WS xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.
Qarşılaşma "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.
Xatırladaq ki, cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
Oxşar xəbərlər
Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Əliyar Ağay...