"Neftçi" 8 min manat, "İmişli" 5 min manat cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
BAKU.WS xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"İmişli" – "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə meydan sahibləri 5000 manat cərimə edilib.
"Qəbələ" – "Neftçi" oyunu ev sahibi komandanın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimələnib. Həmin matçda"Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə ödəyəcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib
"Zirə" Misli Premyer Liqasının XII turunun açılış oyununda heç-heçə edib. BAKU.WS report-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollekt...