"Neftçi" karantini pozdu, gizli məşqə çıxdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 24 mart 00:00-dan etibarən xüsusi rejimli karantin elan olunub. Dövlətin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi hərtərəfli tədbirlər sayəsində virusun yoluxma sayı azalıb.
BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu prosesdə böyük nailiyyətlər əldə edib. Aprelin 27-dən etibarən Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola bilər.
Hamı bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir.
Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq:
"Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır".
Artıq hökumət mütəxəssislərin rəyi əsasında bununla bağlı yekdil qərara gəlib. Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında bildirib ki, yoluxma halları təkrar artacağı halda, Nazirlər Kabineti yayında Operativ Qərargah xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər.
Xüsusi rejimli karantinin davam etdiyi bu günlərdə "Neftçi" rəhbərliyi özbaşınalığa yol verib. Klubun Nobel prospektində yerləşən bazasının qapısı futbolçuların üzünə açılıb. Komanda üzvləri burada məşqə çıxıb.
Qısa videodan da göründüyü kimi, oyunçular toplu halda bazanın meydançasında qaçır. Çəkiliş aprelin 25-də – karantin rejimi nisbətən yumşaldılmamışdan qabaq çəkilib. Buradan aydın olur ki, "Neftçi" rəhbərliyi dövlətin cəmiyyəti qorumaq naminə atdığı addımlara məhəl qoymur.
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycan xalqını təbrik edib – VİDEO
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.BAKU.WS AZƏRTAC-a istinadən həmin təbriki təqdim edir:Əziz həmvətənlər, mən si...