Millimiz Slovakiyaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BAKU.WS report-a istinadən xəbər verir k, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. "Nitra" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
61-ci dəqiqədə Slovakiyanın heyətində Lubomir Tupta hesabı açıb, 66-cı dəqiqədə isə Mert Çelik bərabərlik qolunu vurub. İvan Mesik 90+4-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.
Beləliklə, 8 oyundan sonra 6 xalı olan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 9 xal toplaya bilib.
2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...
