18 ildən sonra - STATİSTİKA
AVRO-2020-nin seçmə mərhələsinin son turunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu iki komanda arasında 8-ci matç olacaq.
BAKU.WS "apasport.az"a istinadən xəbər verir ki, ilk dəfə 1995-ci ildə üz-üzə gələn rəqiblər indiyədək 7 dəfə qarşılaşıblar.
Bu oyunlarda aşkar üstünlük Slovakiya yığmasının tərəfindədir. Bir qələbəsi olan millimiz 6 dəfə uduzub. 22 qolun vurulduğu duellərdə slovakiyalılar 17, futbolçularımız 5 dəfə fərqlənib.
Əvvəlki qarşılaşmaların hamısı seçmə xarakterli olub. Avropa çempionatlarının seçmə tsikllərində baş tutan 5 matçda slovakiyalılar qələbə qazanıb. Top fərqi də rəqibin xeyrinədir – 3:14. Komandamızın yeganə qələbəsi isə dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.
Azərbaycan yığması 4-cü dəfə Slovakiyanın qonağı olacaq. Sonuncu dəfə 18 il əvvəl bu ölkədə oynayan milli əvvəlki üç qarşılaşmanın hamısında uduzub. Koşitsedə böyük hesablı məğlubiyyətlər (1:4, 0:3) alan komandamız Trnavada qol sevinci yaşasa da, xalsız qalıb – 1:3. Slovakiyada 2 qol vurub, 10-nu buraxan milli bu uğursuz statistikanı az da olsa dəyişməyə çalışacaq.
Qeyd edək ki, sabah Trnavada keçiriləcək Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
AVRO-1996-nın seçmə mərhələsi
29 mart 1995. Koşitse. Slovakiya – Azərbaycan – 4:116 avqust 1995. Trabzon. Azərbaycan – Slovakiya – 0:1
AVRO-2000-in seçmə mərhələsi5 sentyabr 1998. Koşitse. Slovakiya – Azərbaycan – 3:09 oktyabr 1999. Bakı. Azərbaycan – Slovakiya – 0:1
DÇ-2002-nin seçmə mərhələsi28 mart 2001. Trnava. Slovakiya – Azərbaycan – 3:16 iyun 2001. Bakı. Azərbaycan – Slovakiya – 2:0
AVRO-2020-nin seçmə mərhələsi11 iyun 2019. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 1:5
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionu bağlanır
2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə...