Məşhur döyüşçümüz qələbə qazandı, rəqibi rinqdən xərəklə apardılar (FOTO)

Məşhur döyüşçümüz qələbə qazandı, rəqibi rinqdən xərəklə apardılar (FOTO)
İdman 8873

Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, məşhur idmançımız "Lord" ləqəbli Ramal Aslanov növbəti qələbəsini qazanıb.

BAKU.WS-in məlumatına görə, idmançımız Çinin paytaxtı Pekin şəhərində keçirilən ən güclü 8 döyüşçünün iştirakı ilə baş tutan mini turnirdə ilk döyüşünü keçirib. 71 kq çəki dərəcəsində döyüşən "Lord" ilk döyüşdə Atik Askarzadahla döyüşüb. Məşhur döyüşçü Melvin Manhoffun yetirməsi olan Atik "Lord"un qarşısında duruş gətirə bilməyib. 2-ci raundda nokauta düşən rəqibi rinqdən xərəklə aparıblar.

"Lord" yarımfinala vəsiqə qazanıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan “Rio-2016”da daha 3 medal qazandı

Azərbaycan “Rio-2016”da daha 3 medal qazandı

Avqustun 21-də "Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə daha 3 idmançımız medal qazanıb. BAKU.WS-in məlumatına görə, sərbəst güləşçimiz Xetaq Qazyumov...

1936 İdman 09:01 22 avqust 2016

Son xəbərlər