Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da! (VİDEO)

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da! (VİDEO)
Video
İdman 1706
Transfer çalışmalarını davam etdirən “Qarabağ” qapı xəttini gücləndirmək üzrədi. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu il Rusiyada keçirilən dünya çempionatında iştirak edən qolkiperi heyətinə qata bilər.Söhbət İslandiya yığmasının “1 nömrəsi” Hannes Tur Halldorssondan gedir. Son klubu Danimarka “Randers”i olan 34 yaşlı qolkiperlə hərtərəfli razılıq əldə edilib. Onunla münasibətlərin tezliklə rəsmiləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Rusiyadakı mundialda İslandiya yığmasının qapısını qoruyan Hannes Tur Halldorsson Argentina ilə bərabərə başa çatan (1:1) qarşılaşmada Lionel Messinin penalti zərbəsini dəf edərək, qəhrəmana çevrilmişdi. Digər peşəsi rejissorluq olan Halldorsson 2011-ci ildən İslandiya millisinin qapısını qoruyur. BAKU.WS

Oxşar xəbərlər

FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir

FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir

FİFA Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonaya dünya çempionatında baş çəkdiyi hər oyun üçün 10 min funt sterlinq (11,3 min...

1898 İdman 20:55 29 iyun 2018

Son xəbərlər