"Qarabağ"dan gedən Şehiç Türkiyə Liqasında - 550 min avro qazanacaq
11
iyn
2018
12:32
"Qarabağ" klubu ilə yollarını ayıran İbrahim Şehiçin yeni klubu məlum olub. BAKU.WS-in məlumatına görə, Bosniya-Herseqovina yığmasının üzvü olan qolkiper "Erzurumspor" klubuna transfer olunub. 29 yaşındakı təcrübəli qapıçı ilə sabah müqavilə bağlanılacaq. 2011-13 illərdə "Mersin İdman Yurdu" klubunun formasını geyən Şehiç yeni klubunda illik 550 min avro qazanacaq. 5 ildir ki, "Qarabağ"da inamlı çıxış edən Şehiç yığma komandanında əvəzedilməzlərindən birinə çevrilib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
“Qarabağ”dan ayrılan qapıçı Türkiyə klubuna keçir
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.Bosniya və Herseqovina yığmasının qapıçısı növbəti mövsüm Super Liqada çıxış edəc...