"Qarabağ"dan göndərilən futbolçular məşhur klublara transfer olur
25
may
2018
14:22
"Qarabağ" klubundan göndərilən əcnəbi futbolçular nüfuzlu klublara transfer ola bilər. BAKU.WS-in məlumatına görə, bu barədə ATV kanalının aparıcısı, idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Şehiç, Almeyda və Gerye özünü yeni klub tapıb: "Çempionlar Liqası istənilən klub və təmsil etdiyi ölkə üçün böyük təbliğatdır. "Qarabağ"ın ÇL-də iştirakı həm də futbolçulara reklam oldu. İbrahim Şehiç A seriyasına - "Parma"ya yollanır, Riçard Almeydanın iki sərfəli təklifi var. Geryenin də getmək variantı var idi. Təəssüf ki, xaricə yollananlar arasında azərbaycanlı futbolçu yoxdur".Qeyd edək ki, "Qarabağ" futbol klubu 9 futbolçu ilə yollarını ayırıb.İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, eyni zamanda Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.Klub adı çəkilən 9 futbolçuya "Qarabağ"da xidmətlərinə görə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayıb.AbbasBAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" 9 futbolçusunu göndərdi: Almeyda, Şehiç, Ramil Şeydayev... (ADLAR)
"Qarabağ" futbol klubu 9 futbolçu ilə yollarını ayırıb.BAKU.WS klubun saytına istinadən məlumat verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid...