Messi “Səbail”in formasında - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina millisinin ulduz futbolçusu Lionel Messinin "Barselona" klubunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.
BAKU.WS xəbər verir ki, dünya kubları ulduz futbolçunu heyətinə qatmaq üçün yarışa giriblər.
Messinin "Barselona"nı tərk edəcəyi dəqiq olmasa da, bir çox tanınmış klub argentinalını öz formasında görmək niyyətindədir.
Bu gün Bakının “Səbail” klubu “Facebook” səhifəsində maraqlı sualla azarkeşlərinə müraciət edib. Belə ki, Messinin klubun formasını geyinmiş fotosu sosial şəbəkədə paylaşılıb: “Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”
Qeyd edək ki, “Səbail” klubu buna qədər ulduz futbolçu Maykl Esyeni transfer etmişdi.
Oxşar xəbərlər
Mahir Emreli: "Qarabağ"da ən güclü futbolçu odur - MÜSAHİBƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun futbolçusu Mahir Emreli "Report”un “Instagram” səhifəsində canlı yayımda sulları cavablandırıb. 23 yaşlı hücumç...