Messi qapı arxasında pusquya durdu - Yaxalandı
Dünya futbolunun ulduzu Lionel Messi bu dəfə meydandakı çıxışı ilə deyil, gündəlik həyatda lentə alınan görüntüləri ilə diqqət mərkəzinə düşüb.
BAKU.WS xəbər verir ki, argentinalı futbolçu olduğu məkandan çıxmazdan əvvəl paparassilərə görünməmək üçün qapının aralığından ətrafı diqqətlə yoxlayıb.
Yayılan kadrlarda Messinin çölə çıxmadan öncə qapını ehtiyatla aralayaraq ətrafda fotoqrafların olub-olmadığını müşahidə etdiyi görünür. Lakin o, məhz həmin an onu gözləyən paparassilərin obyektivinə tuş gəlib.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər futbolsevərlərin marağına səbəb olub. İstifadəçilər Messinin ehtiyatlı davranışını müxtəlif şərhlərlə müzakirə ediblər.
Qeyd edək ki, Lionel Messi şəxsi həyatını mümkün qədər mediadan uzaq saxlamağa çalışan idmançılar arasında tanınır.
Oxşar xəbərlər
Azərbaycan dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. BAKU.WS Azərbayc...