Messi “Nou Kamp”da böyük mətbuat konfransı keçirəcək
Argentinalı ulduz futbolçu Lionel Messi “Barselona” klubundan ayrılması ilə əlaqədar böyük mətbuat konfransı keçirəcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində məlumat verib.
Jurnalistin iddiasına görə, L. Messi mətbuat konfransında Kataloniya klubundan ayrılmasının səbəblərini izah edəcək və gələcək karyerasına dair suallara aydınlıq gətirəcək.
Mətbuat konfransı “Barselona”nın “Nou Kamp” stadionunda keçiriləcək.
Qeyd edək ki, Fransa mediasının bu gün yaydığı xəbərə əsasən, 16 ildən sonra “Barselona” ilə yollarını ayıran Lionel Messi PSJ ilə anlaşıb.
Oxşar xəbərlər
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
Azərbaycanın idman gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar. BAKU.WS Azərbaycan Gimnastika Federasiyasına istinad...