Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Sosial təşəbbüs çərçivəsində 60-dan çox şagirdə yeni dərs ili üçün hədiyyələr təqdim edilib
Yeni tədris ili ərəfəsində "Azercell Könüllüləri" növbəti sosial təşəbbüsünü həyata keçirib. Layihə çərçivəsində 60-dan çox məktəbliyə yeni dərs ilinə hazırlıq üçün zəruri məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.
Hədiyyələr hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınaraq seçilib. Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən təşəbbüs çərçivəsində könüllülər şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin məktəbli övladlarını ziyarət edərək yeni dərs ili sevincini onlarla bölüşüblər.
Məktəblilərin siyahısı yerli icra hakimiyyəti orqanları və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əvvəlki layihələr çərçivəsində təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, "Azercell Könüllüləri" 2001-ci ildən fəaliyyət göstərir. Könüllülər təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində müxtəlif təşəbbüslər həyata keçirir, həssas sosial qruplara dəstək göstərir, uşaqların və gənclərin inkişafına yönəlmiş layihələrdə fəal iştirak edirlər.
Oxşar xəbərlər
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqd...